Hörmüz boğazında tanker böhranı: İran tərəfi dörd gəminin yandığını bildirir

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Hörmüz boğazının cənubunda bir neçə tankerə aid insidentlə bağlı İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb. Qurumun iddiasına görə, dörd neft tankeri dəniz minalarına toxunduqdan sonra yanıb və alov içində qalıb.

İran tərəfi əlavə olaraq iki gəminin ələ keçirildiyini də bildirib. Lakin açıqlamada gəmilərin adları, hadisə zamanı xəsarət alanların olub-olmaması və insidentin bütün detalları göstərilməyib.

Bu məlumat hələlik İran tərəfinin bəyanatına əsaslanır və müstəqil təsdiq tələb edir. Hadisə dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlığı artır.

Günel GÜNTAC

👁 350