Qobustan körpüsündə təmir başlayır: Sürücüləri hərəkət məhdudiyyəti gözləyir

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, Bakı–Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində təmir və yenidənqurma işlərinə başlanılır. Noyabrın 4-də saat 13:00-dan etibarən yolun 55-ci kilometrliyində yerləşən körpünün Bakı istiqamətindəki köməkçi hissəsi sökülərək yenidən inşa ediləcək.

İşlərin aparıldığı sahədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu səbəbdən sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq və alternativ istiqamətlərdən istifadə etmək tövsiyə olunur.

Məhdudiyyət ictimai nəqliyyata da təsir edəcək. 195 və 195E nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. Sərnişinlərin səfərdən əvvəl marşrut məlumatlarını dəqiqləşdirməsi məqsədəuyğundur.

İlahə BAYINDIR

👁 130