Conni Deppdən yeni film təqdimatı: Hollivudda özəl nümayiş keçirilib

ELAZ.İNFO xəbər verir ki, aktyor Conni Depp noyabrın 3-də “Ebenezer” adlı ekran əsərinin qapalı nümayişinə ev sahibliyi edib.
Nyu-Yorkda təşkil olunan tədbirə filmin yaradıcı heyətinin üzvləri, kino və əyləncə sənayesinin nümayəndələri dəvət olunublar. Aktyorun daha sonra Brayant Parkda layihənin personajı Skruç obrazında görünməsi də diqqət çəkib.
Məlumata görə, filmin kinoteatrlarda nümayişi noyabrın 13-nə planlaşdırılır.
Günel GÜNTAC
250




