Novak Cokoviç Son 9 İldə İlk Dəfə ATP Yekun Turnirinə Vəsiqə Qazana Bilməyib

Dünyanın ən titullu tennisçilərindən biri olan serbiyalı Novak Cokoviç son 9 ildə ilk dəfə Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) Yekun turnirinə seçilə bilməyib.
ELAZ.INFO xəbər verir ki, Təcrübəli idmançı Parisdə keçirilən “Masters” turnirinin ikinci mərhələsində məğlub olduqdan sonra Yekun turnirində iştirak şanslarını tamamilə itirib. Məlumat üçün bildirək ki, mövsümün nəticələrinə görə Yekun turnirdə ən çox xal toplayan 8 tennisçi iştirak hüququ əldə edir. Keçən mövsümün çempionu, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran italyan Yannik Sinner çıxılmaqla, Cokoviç hazırda cədvəldə 10-cu sırada qərarlaşıb.
Bu, 39 yaşlı idmançının son 20 ildə ATP Yekun turnirinə seçilə bilmədiyi ikinci haldır (ilk belə hal 2017-ci ildə baş verib). Serbiya təmsilçisi bu turnirdə iştirak sayına görə (16 dəfə) yalnız isveçrəli Rocer Federeridən (17 dəfə) geri qalaraq 2-ci pilləni tutur. Bununla belə, qazanılan çempionluq titullarının sayına görə (7 dəfə) mütləq rekord məhz Cokoviçə məxsusdur. İdmançı 2024 və 2025-ci illərdə bu turnirdə iştirakdan şəxsi qərarı ilə imtina etmişdi.
Xatırladaq ki, karyerası ərzində 24 “Böyük Dəbilqə” çempionluğu, 102 ATP titulu, 2024-cü il Olimpiya qızılı və 428 həftə dünya birinciliyi kimi mütləq rekordlara imza atan Cokoviç hazırda dünya reytinqində 11-ci pillədə yer alır.
Ruslan MƏMMƏDOV 🖋️




