Qazaxıstan buğdası Azərbaycan üzərindən İsrailə çatdırılır

04.11.2026

ELAZ.İNFO xəbər verir ki,Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə İsrail bazarına ərzaq buğdası tədarük etməyi təklif edib.

Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının 10-cu iclasında bu məsələ müzakirə olunub.

“Bununla belə, logistika ixracın daha da artırılmasının əsas məsələlərindən biri olaraq qalır. Qazaxıstan məhsullarının israilli tərəfdaşlara çatdırılmasının mümkün marşrutları kimi Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizini, həmçinin Baltik dənizi limanlarından istifadə etməklə alternativ istiqamətləri nəzərdən keçirmək təklif olunub”, – Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.

Aydan

👁 170
Teqlər: