Bakıda Devid Qarrettin Möhtəşəm Simfonik Şousu Keçirilib — Mehriban Əliyeva Konserti İzləyib

ELAZ.INFO xəbər verir ki, Mədəniyyət aləmində böyük əks-səda doğuran növbəti möhtəşəm musiqi gecəsi Heydər Əliyev Mərkəzində baş tutub. Dünyaşöhrətli skripkaçı Devid Qarrett özünün geniş rezonans doğuran “Millennium Symphony – Crossover Programme” adlı simfonik şousu ilə bənzərsiz səhnə performansı təqdim edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev Mərkəzində təşkil olunan bu möhtəşəm konsert proqramını izləyənlər arasında olublar. Klassik musiqi ilə müasir janrların sintezini virtuozluqla təqdim edən Devid Qarrettin ifası zalda əyləşən tamasada böyük zövq və coşqu ilə qarşılanıb. Virtuoz skripkaçının ifasında səslənən kompozisiyalar dinləyicilərə unudulmaz anlar bəxş edib.
Ruslan MƏMMƏDOV 🖋️




