İspaniya Futbolunda Faciə: Qapıçı Ovono Xesus de Migelin Ölümü İlə Bağlı İlk Dəfə Danışdı

05.11.2026

İspaniya futbolunda yaşanan acı itki idman ictimaiyyətini sarsıdıb. “Andorra” klubunun qapıçısı Xesus Ovono, “Tenerife”nin hücumçusu Xesus de Migelin faciəvi ölümündən sonra həyatının ən çətin günlərini yaşadığını bildirərək dərin kədərini ifadə edib.

ELAZ.INFO “Andorra” klubunun mətbuat xidmətinə istinadən məlumat yayıb. Noyabrın 2-də keçirilən matç zamanı “Tenerife”nin 30 yaşlı hücumçusu de Migel qapıçı Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib və huşunu itirib. Meydançada göstərilən ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya çatdırılan futbolçu, təəssüf ki, ertəsi gün vəfat edib.

Baş verən faciədən sonra ilk dəfə danışan qapıçı Ovono hisslərini bu sözlərlə bölüşüb: “Bu, həyatımın ən ağır günləridir. Baş verənləri həzm etmək və söz tapmaq mənim üçün çox çətindir. Xesusun itkisi səbəbindən böyük acı çəkirəm. Aağlım, fikrim yalnız onun, ailəsinin və onu sevən insanların yanındadır. Biliəm ki, araşdırılmalı çox sual var və mən hər şeyi böyük hörmətlə qəbul edəcəyəm. Lakin hazırda kədərimdən başqa heç nə haqqında düşünə bilmirəm. Ruhun şad olsun”. 30 yaşında dünyasını dəyişən Xesus de Migel 2025-ci ilin yayından “Tenerife”nin şərəfini qoruyurdu.

Mənbə: TASS

Ruslan MƏMMƏDOV 🖋️

👁 190