Kainatın sirlərini araşdıran Swift teleskopu Yer atmosferinə daxil olaraq fəaliyyətini dayandırdı

ELAZ.İNFO xəbər verir ki, kosmosun öyrənilməsində uzun illər mühüm rol oynayan NASA-nın Swift rəsədxanasının missiyası başa çatıb. 2004-cü ildə orbitə göndərilən kosmik teleskop noyabrın 4-də Yer atmosferinə daxil olaraq yanıb.
Əslində, Swift cəmi iki il fəaliyyət göstərməsi nəzərdə tutulan layihə idi. Lakin aparat planlaşdırılan müddəti xeyli geridə qoyaraq 22 il ərzində elmi müşahidələr aparıb.
Rəsədxananın əsas vəzifələrindən biri kainatda baş verən güclü qamma şüalanma partlayışlarını qeydə almaq olub. Onun vasitəsilə alimlər fövqəlnovalar, qara dəliklər, ulduz alışmaları və digər kosmik hadisələr haqqında məlumat əldə ediblər.
Swift-in müşahidələri əsasında təxminən 7 min elmi məqalənin hazırlandığı bildirilir. Bu fakt missiyanın astronomiya elminə verdiyi töhfənin miqyasını göstərir.
Beləliklə, Swift kosmik tədqiqatlar tarixində özünəməxsus iz qoyaraq fəaliyyətini başa vurub. Onun topladığı məlumatlar isə alimlər üçün uzun müddət elmi əhəmiyyətini qoruyacaq.
İlahə BAYINDIR




