ABŞ-dakı siyasi dəyişikliklər maliyyə bazarlarına təsirsiz ötüşmədi

05.11.2026

ELAZ.İNFO xəbər verir ki,  ABŞ-da aralıq seçkilərin nəticələri qlobal maliyyə bazarlarında canlanma yaradıb. Demokratların Konqresin hər iki palatasında üstünlük qazanmasından sonra investorların gözləntiləri dəyişib və bir sıra əsas bazar indekslərində artım qeydə alınıb.

Associated Press-in məlumatına görə, Dow Jones indeksi 1569 bənd yüksələrək təxminən 3 faiz artım göstərib. S&P 500 indeksi 1,6 faiz, Nasdaq isə 1,4 faiz bahalaşıb.

Enerji bazarında da diqqətçəkən dəyişiklik baş verib. Brent markalı neftin qiyməti 8,7 faiz azalaraq bir barel üçün 94,62 dollara düşüb.

Reuters-in təhlilinə əsasən, investorlar Konqresdə yaranan yeni siyasi balansın administrasiyanın iqtisadi və xarici siyasət qərarlarına daha ciddi nəzarət gətirəcəyini gözləyirlər.

Bununla belə, bazarlardakı yüksəlişi uzunmüddətli sabitliyin təmin olunması kimi qiymətləndirmək tezdir. Faiz dərəcələri, dövlət borcu, enerji qiymətləri və geosiyasi risklər investorların qərarlarına təsir göstərməkdə davam edir.

İlahə BAYINDIR

👁 220