Azərbaycan 2030-cu ilədək akvakultura istehsalını artırmağı hədəfləyir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda akvakultura sahəsinin inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilir. 2030-cu ilədək bu sahədə istehsalın 7 700 tona çatdırılması nəzərdə tutulur.
Akvakulturanın inkişafı daxili bazarın balıq məhsulları ilə təminatına, yeni təsərrüfatların yaranmasına və kənd təsərrüfatında fəaliyyət sahələrinin şaxələndirilməsinə kömək edə bilər.
Hədəfin reallaşması üçün istehsal infrastrukturu və müasir yetişdirmə texnologiyalarının tətbiqi mühüm olacaq.
İlahə BAYINDIR
210




