Zığ dairəsi – Hava Limanı yolunda sürücülərə xəbərdarlıq: Sürət həddi azaldılıb

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı avtomobil yolunda hərəkətə nəzarət tədbirləri gücləndirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, yolun bütün zolaqlarında sürət həddi müvəqqəti olaraq saatda 20 kilometr azaldılıb.

Sürücülərin diqqətini təhlükəli yol şəraitinə yönəltmək üçün elektron məlumat tablolarında “sürüşkən yol” xəbərdarlığı da aktivləşdirilib.

Yağışlı havada təkərlərin yol örtüyü ilə təması zəiflədiyindən əyləc məsafəsi uzana bilər. Buna görə sürücülərə sürət həddinə əməl etmək, ara məsafəsini qorumaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur.

İlahə BAYINDIR

👁 180
Teqlər: