Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan və Ukrayna arasında mövcud siyasi münasibətlərin iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Ukrayna tərəfi də Qara dəniz və Xəzər hövzəsi arasında nəqliyyat və enerji bağlantılarının genişləndirilməsinin yeni imkanlar aça biləcəyini vurğulayır. Bu istiqamətdə əməkdaşlıq ticarət, logistika və enerji sahələrini əhatə edə bilər.

Günel GÜNTAC

👁 120