Bəzi publik hüquqi şəxslərin rəhbərləri üçün 3 600 manat vəzifə maaşı müəyyənləşdirilib

ELAZ.İNFO xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən müəyyən publik hüquqi şəxslərin rəhbər vəzifələri üzrə aylıq əməkhaqqı məbləğləri təsdiqlənib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, müvafiq qurumların rəhbərləri üçün aylıq vəzifə maaşı 3 600 manat, rəhbər müavinləri üçün isə 3 115 manat müəyyən edilib.
Qərar bütün publik hüquqi şəxslərə deyil, sənəddə göstərilən dövlət qurumlarının tabeliyində yaradılmış və büdcədən maliyyələşən təşkilatlara aiddir.
Yeni əməkhaqqı məbləğləri ilə bağlı məlumat vətəndaşların diqqətini çəkən iqtisadi xəbərlər sırasındadır.
İlahə BAYINDIR
210




