Google ABŞ-da 17 milyard dollarlıq məlumat mərkəzi tikəcək

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, texnologiya nəhəngi Google ABŞ-ın Vayominq ştatında yeni məlumat mərkəzinin inşasına 17 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Reuters-in yaydığı məlumata görə, bu, şirkətin həmin ştatda quracağı ilk məlumat mərkəzi olacaq. Layihə süni intellekt sistemlərinin artan hesablama və məlumat saxlama ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Tikinti və enerji təminatı istiqamətində Tallgrass Energy, Black Hills Energy, American Electric Power və Related Digital şirkətləri ilə əməkdaşlıq nəzərdə tutulur.

Layihənin enerji təminatında karbon tutma və saxlama texnologiyası ilə təchiz olunmuş 702 meqavatlıq yanacaq elementləri sistemindən də istifadə planlaşdırılır.

Bu investisiya süni intellekt infrastrukturuna qlobal tələbatın artdığını göstərən mühüm layihələrdən biri kimi qiymətləndirilir.

İslam MAHMUDOV

👁 140
Teqlər: