Azərbaycan gimnastları dünya çempionatında yarımfinala yüksəliblər

06.11.2026

ELAZ.İNFO xəbər verir ki,  Azərbaycan idmançıları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizəni uğurla davam etdirirlər.

Fərdi batut proqramında çıxış edən Selcan Mahsudova 56,390, Maqsud Mahsudov isə 62,180 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Noyabrın 4-dən 8-dək davam edən yarışda müxtəlif ölkələrdən idmançılar iştirak edir. Azərbaycan təmsilçiləri çempionatın ilk günündə qarışıq sinxron proqramda da növbəti mərhələyə yüksəlmişdilər.

Bu gün gimnastlarımızı kişilərin sinxron proqramı, qarışıq sinxron yarışlar və tamblinq üzrə fərdi çıxışlar gözləyir. Komanda yarışlarında da medal uğrunda mübarizə davam edir.

Günel GÜNTAC

👁 150