İran ABŞ ilə nüvə danışıqları üçün Qətər vasitəsilə təklif göndərib

06.11.2026

ELAZ.İNFO xəbər verir ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı diplomatik təmasların yenidən gündəmə gəldiyi bildirilir.

Reuters agentliyinin məlumatına görə, Tehran nüvə məsələsinə dair təklifini Qətər vasitəsilə Vaşinqtona çatdırıb. İran rəsmisinin sözlərinə əsasən, sənəd ABŞ tərəfinə təqdim olunub və hazırda araşdırılır.

Bununla belə, İran tərəfi danışıqların davam etdirilməsi üçün Vaşinqtonun yeddi şərti yerinə yetirməli olduğunu bildirir. Təklifin detalları və həmin şərtlərin tam məzmunu açıqlanmayıb.

Qətərin vasitəçilik rolu regionda gərginliyin diplomatik yollarla azaldılması baxımından xüsusi diqqət çəkir. Tərəflərin növbəti addımları danışıqların gələcəyinə təsir göstərə bilər.

Günel GÜNTAC

👁 260
Teqlər: