Livanda hücumlar nəticəsində ölənlərin sayı 4 390 nəfərə çatıb

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə davam edən hərbi gərginliyin Livanda yaratdığı humanitar nəticələr ağır olaraq qalır.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-də başlayan hərbi eskalasiya dövründə İsrail hücumları nəticəsində həyatını itirənlərin sayı 4 390-a yüksəlib. Yaralananların sayının isə 12 429 nəfərə çatdığı bildirilir.
Təkcə noyabrın əvvəlindən bəri ölkənin cənubunda baş verən hücumlarda azı üç nəfərin öldüyü qeyd olunur.
Mülki əhalinin təhlükəsizliyi, səhiyyə xidmətlərinin davamlılığı və humanitar yardıma ehtiyac regionun əsas problemləri olaraq qalır.
İlahə BAYINDIR
150




