Fransada yüz minlərlə insan maaşların artırılması tələbi ilə küçələrə çıxıb

ELAZ.İNFO xəbər verir ki, Fransada noyabrın 5-də keçirilən ümummilli etiraz aksiyalarında yüz minlərlə insan iştirak edib. Nümayişçilər əməkhaqlarının yüksəldilməsini və təhsil sahəsinə daha çox vəsait ayrılmasını tələb ediblər.
Le Monde nəşrinin məlumatına istinadən yayılan xəbərlərdə Fransa Daxili İşlər Nazirliyinin aksiyalarda iştirak edənlərin sayını 600 min, həmkarlar ittifaqlarının isə 1,6 milyon nəfər göstərdiyi bildirilir.
Etirazlar Parislə yanaşı, Lion, Marsel və digər şəhərlərdə də təşkil olunub. Aksiyaların əksəriyyətinin dinc keçdiyi qeyd edilir.
Nümayişlər ölkədə yaşayış xərclərinin artması, gəlir bərabərsizliyi və təhsil şəraiti ilə bağlı narazılıqlar fonunda baş tutub.
Günel GÜNTAC
240




