Ermənistanda süni intellekt zavodu tikilir

Ermənistanın texnoloji mərkəzə çevrilməsi istiqamətində ABŞ-ın aparıcı şirkətləri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyan İrəvanda keçirilən “AI Conf Armenia 2026” konfransı çərçivəsində dünyanın ən dəyərli şirkətlərindən biri olan NVIDIA-nın vitse-prezidentini və digər tanınmış texnologiya liderlərini qəbul edib.

ELAZ.İNFO xəbər verir ki, görüşdə NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyan, “Integra Technologies”in direktorlar şurasının sədri Zaven Akiyan və “Service Titan”ın prezidenti Vahe Kuzoyan iştirak ediblər. Görüşün əsas müzakirə mövzusu Ermənistanda həyata keçirilən irimiqyaslı texnoloji layihələr və yeni investisiya imkanları olub. Firebird şirkətinin Ermənistanda inşa etdiyi Süni İntellekt zavodu və məlumat mərkəzi (data-center) layihəsinin uğurla davam etdiyi bildirilib. Qeyd edək ki, bu layihənin dəyəri müxtəlif mənbələrə görə 500 milyon dollardan 4 milyard dollara qədər qiymətləndirilir və NVIDIA tərəfindən dəstəklənir. Service Titan və “Integra Technologies” rəhbərləri Ermənistan hökumətinin yaratdığı şəraitdən razı qaldıqlarını və ölkədəki fəaliyyətlərini daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıblar. Görüşdə həmçinin Ermənistan-Suriya (diaspor) əlaqələri, Ermənistan-ABŞ iqtisadi tərəfdaşlığının inkişafı və yeni texnoloji investisiyaların cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Xüsusi qeyd edilib ki, İrəvanda keçirilən süni intellekt konfransında Rev Lebaredyan “Süni İntellekt Agentləri və Token İqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edir. Bu cür əməkdaşlıqlar Ermənistanın regionda texnoloji hab kimi mövqeyini gücləndirməyə xidmət edir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights