Bu cür görüşlər gələcəkdə yeni əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək

10.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu noyabrın 5-də Gəncə şəhərində keçirildi. Forumda ölkənin müxtəlif bölgələrindən QHT rəhbərləri və nümayəndələri, o cümlədən “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Rəhimova Esmira iştirak etmişdir.

Uğurla başa çatan forum yüksək səviyyədə təşkilatçılığı, səmimi ab-havası və yaratdığı xoş təəssüratlarla yadda qaldı. Həqiqətən də, möhtəşəm və yaddaqalan bir tədbir oldu.

Bu dəyərli təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə Aygün xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm!

İnanıram ki, bu cür görüşlər gələcəkdə yeni əməkdaşlıqların qurulmasına, faydalı əlaqələrin genişlənməsinə və möhkəm dostluq münasibətlərinin yaranmasına mühüm töhfə verəcək.

Eyni zamanda, 1 nömrəli avtobusla səfər edən təşkilat nümayəndələri Nihat müəllimə və Mənsurə xanıma da diqqət və qayğılarına, xoş münasibətlərinə görə xüsusi təşəkkürümü bildirirəm!

Zəfərimiz daim, birliyimiz əbədi olsun!

Esmira RƏHİMOVA

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri

👁 70
Teqlər: