“Zenit”in futbolçusu Andrey Mostovoy “Mirotvorets” bazasına salınıb

Rusiyanın “Zenit” klubunun və milli komandasının yarımmüdafiəçisi Andrey Mostovoy Ukraynanın “Mirotvorets” resursunun siyahısına daxil edilib. Bu barədə məlumat sözügedən saytın məlumat bazasında yer alıb.

ELAZ.İNFO xəbər verir ki, 28 yaşlı futbolçu Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə, həmçinin xüsusi hərbi əməliyyata dəstək verməkdə ittiham olunur. Mostovoy 2019-cu ildən “Zenit”in şərəfini qoruyur. Bu müddət ərzində o, dördqat Rusiya çempionu, ölkə kubokunun sahibi və beşqat Rusiya Superkubokunun qalibi olub. Rusiya yığmasının heyətində 20 oyun keçirib və 3 qol müəllifidir.

Qeyd edək ki, 2014-cü ildə yaradılan “Mirotvorets” saytı Ukrayna tərəfindən “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət əlamətləri olan şəxslərin” məlumat bazası kimi fəaliyyət göstərir. Siyahıya müxtəlif vaxtlarda Krım və Donbasa səfər edən, yaxud resurs müəlliflərinin mənfi rəyini qazanan çox sayda jurnalist, incəsənət xadimi, siyasətçi və idmançı daxil edilib.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights