Vondrouşova 4 illik diskvalifikasiya təhlükəsi ilə üz-üzədir

Dünya tennisinin ulduzlarından biri, 2023-cü ilin Uimbldon qalibi Marketa Vondrouşova karyerasının ən çətin sınağı ilə qarşılaşıb. Çexiyalı idmançı dopinq qaydalarını pozmaqda ittiham olunur ki, bu da onun uzun müddət böyük tennislə vidalaşmasına səbəb ola bilər.

ELAZ.İNFO xəbər verir ki, 26 yaşlı tennisçi yarışdan kənar dövrdə dopinq testindən imtina etməkdə günahlandırılır. İnsidentin ötən il dekabrın 3-də baş verdiyi bildirilir.

Dopinq-test sınağından imtina etmək beynəlxalq antidopinq qaydalarına görə ciddi pozuntu sayılır və idmançıya 4 ilə qədər kənarlaşdırma cəzası verilə bilər. Tennisçinin vəkili Yan Eksner isə nikbindir. O hesab edir ki, Marketanın hərəkətlərində qayda pozuntusu yoxdur və o, heç bir cəza almayacaq. Hazırda WTA reytinqində 46-cı pillədə qərarlaşan Vondrouşova təkcə Uimbldon çempionu deyil, həm də Tokio Olimpiadasının gümüş mükafatçısıdır. Onun aktivində üç WTA turniri qalibiyyəti var.

Tennis dünyasında dopinq testindən imtina adətən müsbət test nəticəsi qədər ağır qarşılanır. Əgər ittihamlar təsdiqini tapsa, bu, çexiyalı çempionun peşəkar karyerası üçün ağır zərbə olacaq. Hazırda bütün idman ictimaiyyəti məhkəmə və antidopinq agentliyinin yekun qərarını gözləyir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights