Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri dünyasını dəyişdi

11.11.2026

ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri dünyasını dəyişib.

Azərbaycan Milli QHT Forumu Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Ədəb oğlu Rzaquliyevin bu gün vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına, silahdaşlarına, eləcə də rəhbərlik etdiyi təşkilatın kollektivinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Füzuli Rzaquliyev 1994-cü ildə yaradılan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə veteran hərəkatının inkişafına öz töhfəsini vermişdir.

Azərbaycan Milli QHT Forumu mərhumun ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Elaz.info kollektivi də Füzuli Ədəb oğlu Rzaquliyevin ölümü münasibətilə başsağlığı verir və ona Allahdan rəhmət diləyir, Məkanı Cənnət olsun!

👁 220