Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla davamlı sülhün vacibliyini vurğulayıb.
ELAZ.İNFO xəbər verir ki, 7 iyun seçkiləri üçün Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramının təqdimatında çıxış edən Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin hazırkı vəziyyətini qiymətləndirib.
O, davamlı sülh üçün konkret mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb və bu prosesin artıq başladığını və onun irəliləməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.
İlahə BAYINDIR
