Benyamin Netanyahu həbs olunacaq?

Macarıstanın yeni baş naziri Peter Magyar bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkəyə səfər etsə, həbs olunacaq.

ELAZ.İNFO xəbər verir ki, Macarıstanın yeni Baş naziri Peter Magyar, İsrail Baş naziri Binyamin Netanyahunun ölkəyə səfər edəcəyi təqdirdə saxlanılacağını bildirib.

12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn Tisza Partiyasının lideri Peter Magyar, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarı verdiyi İsrail Baş naziri Binyamin Netanyahunun ölkəyə girəcəyi təqdirdə həbs olunmalı olduğunu bildirib.

İsrail Baş naziri Netanyahunun Avropadakı güclü müttəfiqi Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyan Magyar, Baş nazir Orbanın Macarıstanı BCM-dən çıxarmaq addımını ləğv edəcəyini bir daha təsdiqləyib.

Magyar, ölkəsinin BCM-dən çıxma prosesini 2 iyun tarixinə qədər dayandıracağını bildirib. Macarıstanın Orbanın rəhbərliyi altında başlanan çıxma prosesini bir illik müddətdən əvvəl dayandırmağı hədəflədiyini izah edən Magyar, jurnalistlərin bu qərarın payızda Macarıstana səfər etməyi planlaşdıran İsrail Baş naziri Netanyahu üçün nə demək olacağı ilə bağlı sualları ilə qarşılaşıb.

Macarıstanlı jurnalistlərin sualına cavab olaraq o, bildirib ki, “Mən bunu İsrail Baş nazirinə açıq şəkildə bildirmişəm. Tisa hökuməti bu prosesi dayandırmaq və Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalmasını təmin etmək əzmindədir. Əgər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan şəxs sizin ərazinizə daxil olarsa, həmin şəxs saxlanılmalıdır”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın