Bu titulun ilk dəfə Çingiz xan tərəfindən sevdiyi və ilk həyat yoldaşı Börtə ilə bağlı olduğu iddia edirlər. Əslində isə Xanım-Xatun- titulu onun digər həyat yoldaşı Xulan ilə bağlı olub.
İndi isə ətraflı :
1184-cü ildə Çingiz xanın ailəsinin düşməni olan merkitlər onun gənc xanımı Börtəni, o hələ yeni evləndiyi bir vaxtda qaçırmışdılar. Merkitlər tərəfindən bu, sadəcə gecikmiş bir qisas idi. Çünki vaxtilə Temuçinin atası Yesugey də eyni addımı atmışdı – o, Çingiz xanın anası Olunu öz nişanlısı, tanınmış merkit döyüşçüsü Çiledunun yanına gedərkən yoldaca qaçırmışdı.
Çingiz xan dostu, qan qardaşı Camuxa ilə birləşib sevdiyi qadını xilas edir, lakin o gündən merkitlər ilə daimi düşmənçilik edir.
Qarşı tərəf bu düşmənçiliyə son vermək üçün 1204-cü Merkit qəbilə birliyinin liderlərindən biri olan Dayr-Usun Xulan adlı qızını Çingiz xana ərə verir
“O, bizim düşmənimizdir”, – deyə Xulan qorxurdu ki, Çingiz xan Börtənin intiqamı olaraq ona əzab və işgəncə verəcəklər, əsla da Xanın hərəmində söz sahibi ola bilməyəcək
Xulanın qorxularına baxmayaraq, Çingiz ona qarşı mehriban idi və O, Çingiz xanın arvadları arasında həmişə hərbi yürüşlərdə onu müşayiət edən yeganə qadın idi. Çingiz xanın sevgisini o qədər qazanmış idi ki, qısa zaman sonra Xulan, Xanım sevimli Börtəsindən sonra ikinci güc sahibinə çevrildi.
Bir gün Çingiz xan bütün ona tabe olan tayfaları və ailələri dəvət edir. Qurultay zamanı çadra Xulan ilə daxil olan Çingiz xan sağında onu əyləşdirir və elan edir:
- “Mən Xanlar Xanı Çingiz Xan, hamınızın xanıyam” – deyir və sonra arvadını göstərərək;
- “Bu da mənim XANIMDIR” deyir.
Rəvayətə görə də, Xanım sözü də məhz buradan gəlmişdir..
Bu hadisədən sonra Börtə ilə Xulana şəxsi hərbi dəstə saxlamaq imkanları verilir
. Zaur Əliyev
Prof.Dr