Beynəlxalq Kosmik Stansiyada (BKS) yarım illik fəaliyyətini tamamlayan Rusiyanın “Proqress MS-32” yük gəmisi bu gecə stansiyadan ayrılaraq son səfərinə çıxacaq.
ELAZ.İNFO xəbər verir ki, “Roskosmos”un rəsmi Telegram kanalında yayılan məlumata görə, yük gəmisinin BKS-in “Zvezda” modulundan ayrılması bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş tutacaq. Gəminin mühərriklərinin əyləcləmə üçün Bakı vaxtı ilə saat 05:14-də (Moskva vaxtı ilə 04:14) işə düşməsi gözlənilir. Mühərriklərin işə düşməsindən sonra gəmi atmosferin sıx təbəqələrinə daxil olacaq və orada yanaraq parçalanacaq. Konstruksiyanın yanmayan elementləri Sakit okeanın cənub hissəsində, gəmilərin hərəkət etmədiyi təhlükəsiz rayona düşəcək. “Proqress MS-32” gəmisi ötən il sentyabrın 11-də Baykonur kosmodromundan “Soyuz-2.1a” raketi ilə buraxılmış və iki gün sonra stansiyaya çatmışdı.
Altı ay ərzində gəmi stansiya heyətini yanacaq, su, qida və elmi avadanlıqlarla təmin edib. Bu missiyanın başa çatması stansiyada növbəti yük gəmilərinin qəbulu üçün yer açacaq.
Ruslan Məmmədov

