Balakəndə avtomobil dirəyə çırpıldı

Balakəndə avtomobil dirəyə çırpıldı – ər-arvad xəsarət aldı

ELAZ.İNFO xəbər verir ki, Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan ər-arvad xəsarət alıb. Yaralıların tibbi yardım üçün xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın