ELAZ.İNFO xəbər verir ki, Nepal və Çin sərhədində baş verən güclü daşqın böyük dağıntılara səbəb olub.
AP-nin son məlumatına görə, təbii fəlakət nəticəsində Nepal və Çində azı 98 nəfər həyatını itirib. Yüzlərlə insanın taleyi isə hələ məlum deyil.
Nepalda 403 nəfərin itkin düşdüyü, onların arasında yüzlərlə xarici vətəndaşın olduğu bildirilir. Daşqınlar yaşayış məntəqələrinə, yollara və enerji infrastrukturuna ciddi zərər vurub.
Xilasetmə qrupları bölgədə axtarış işlərini davam etdirir.
İlahə BAYINDIR


