Pakistanda xəstəxanada yanğın

Pakistanda xəstəxanada yanğın: 14 körpə öldü

ELAZ.İNFO xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda xəstəxananın yeni doğulmuş körpələr üçün nəzərdə tutulan bölməsində yanğın baş verib.

Hadisə nəticəsində 14 körpə həyatını itirib. Xəstəxananın məlumatına görə, yanğın zamanı bölmədə 15 körpə olub və onlardan biri xilas edilib.

İlkin məlumata əsasən, yanğın kondisionerin partlamasından sonra başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Azərbaycan Xarici İşlər Nazirliyi də faciə ilə əlaqədar Pakistana başsağlığı verib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın