ELAZ.İNFO xəbər verir ki, Gədəbəy rayonunun Arıqdam kəndində ölüm hadisəsi baş verib.
Məlumata görə, 53 yaşlı kənd sakini İ. Hüseynov kəsici alətin tətbiqi nəticəsində öldürülüb.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı həmkəndlisi saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
İslam MAHMUDOV


