Salyanda ağır qəza

Salyanda ağır qəza: bir nəfər həyatını itirdi

ELAZ.İNFO xəbər verir ki, Salyanın Şorsulu kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə zamanı “Toyota” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1962-ci il təvəllüdlü Naib Hüseynov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın