ELAZ.İNFO xəbər verir ki, Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan ər-arvad xəsarət alıb. Yaralıların tibbi yardım üçün xəstəxanaya çatdırıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
İslam MAHMUDOV


