ELAZ.İNFO xəbər verir ki, Bakının Binəqədi rayonunda tikilidə yanğın baş verib.
Hadisə Əcəmi Naxçivani küçəsində qeydə alınıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə FHN-in yanğından mühafizə qüvvələri cəlb edilib.
İlkin məlumatlara görə, yanğın nəticəsində bir nəfər həyatını itirib. Hadisənin səbəbləri və digər detallar araşdırılır.
Günel GÜNTAC


