Cəlilabadda zəlzələ qeydə alındı

Cəlilabadda zəlzələ qeydə alındı – yeraltı təkan hiss olunmayıb

ELAZ.İNFO xəbər verir ki, Cəlilabad rayonunda yeraltı təkan qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 26-da yerli vaxtla saat 18:47-də baş verib.

Yeraltı təkan Cəlilabad seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, ocağının dərinliyi isə 26 kilometr olub.

İlkin məlumata əsasən, zəlzələ hiss olunmayıb.

Hazırda hadisə ilə bağlı hər hansı dağıntı və ya xəsarət barədə məlumat yoxdur.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın