ELAZ.İNFO xəbər verir ki, Bərdə rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Yol-nəqliyyat hadisəsi Bərdə-Ağdam avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, qəza zamanı “Mercedes” və “Lada” markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nərgiz Nəbiyeva və 1978-ci il təvəllüdlü Zaur Xudaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerindən təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
Qəzanın hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını müəyyənləşdirir.
Qeyd edək ki, hadisə avqustun 24-də qeydə alınıb.
Günel GÜNTAC


