Ağdamda qətl hadisəsi

Ağdamda qətl hadisəsi: qayınatasını bıçaqlayan şəxs saxlanılıb

ELAZ.İNFO xəbər verir ki, Ağdam rayonunun Səfərli qəsəbəsində qətl hadisəsi baş verib.

Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisədən sonra qeydə alınıb. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov qayınatası, 1969-cu il təvəllüdlü Zakir Hüseynova bıçaqla xəsarət yetirib.

Aldığı xəsarətlər nəticəsində Zakir Hüseynov həyatını itirib.

Hadisədən sonra Eldəniz Qənbərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.

İstintaqın gedişində hadisənin hansı şəraitdə baş verdiyinə və tərəflər arasında mübahisənin səbəblərinə aydınlıq gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, hadisə ilə bağlı məlumat ilkin olaraq 24 avqustda yayılıb, saxlanılma barədə məlumat isə avqustun 25-də açıqlanıb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın