İsmayıllıda ağır qəza

İsmayıllıda ağır qəza: avtomobil aşıb, sürücü ölüb

ELAZ.İNFO xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü aldığı xəsarətlərdən həyatını itirib.

Qəzanın dəqiq səbəbləri və avtomobilin hansı şəraitdə idarəetmədən çıxması hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Müvafiq qurumların araşdırmasından sonra qəzanın səbəbləri və digər təfərrüatların müəyyənləşdirilməsi gözlənilir.

İlkin məlumatlara əsasən qəzanın İsmayıllı-Lahıc istiqamətində baş verdiyi məlumdur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın