ELAZ.İNFO xəbər verir ki, qarşıdakı günlərdə Azərbaycanın bir sıra ərazilərində küləkli hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 27-dən 30-dək Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda küləyin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeronda, həmçinin bəzi bölgələrdə küləyin sürətinin saniyədə 20,8–28,4 metrədək yüksəlməsi ehtimal olunur. Bu ərazilər üçün narıncı xəbərdarlıq elan edilib.
Digər bir sıra rayonlarda isə sarı xəbərdarlıq qüvvədə olacaq. Burada qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metr təşkil edəcəyi bildirilir.
Mütəxəssislər küləkli hava zamanı açıq ərazilərdə və ağacların, reklam konstruksiyalarının yaxınlığında ehtiyatlı olmağı tövsiyə edirlər.
İslam MAHMUDOV


