“Sabah”dan möhtəşəm uğur

“Sabah”dan möhtəşəm uğur – Azərbaycan klubu Çempionlar Liqasının əsas mərhələsində

ELAZ.İNFO xəbər verir ki,  “Sabah” futbol klubu Azərbaycan futbolu adına mühüm uğura imza atıb.

Bakı təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” komandası ilə qarşılaşıb. Cavab görüşündə inamlı oyun nümayiş etdirən “Sabah” 5:2 hesablı qələbə qazanıb.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan Azərbaycan klubu Bakıda keçirilən cavab matçında üç top fərqi ilə qalib gələrək iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmaq hüququ əldə edib. Bu nəticə klub tarixində xüsusi əhəmiyyət daşıyır.

Görüşdən sonra komandanın baş məşqçisi Valdas Dambrauskas da qələbənin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Azərbaycan futbolsevərləri üçün bu nəticə mövsümün ən diqqətçəkən hadisələrindən birinə çevrilib.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın