2026 Uşaq pulu ilidir əks halda…

2026 Uşaq pulu ilidir, əks Halda… Demoqrafik statistikada qırmızı xətt! Azərbaycan cəmiyyətində uşaq pulu və ya sistemli aylıq müavinətlərin bərpası məsələsi artıq sadəcə iqtisadi deyil, həm də strateji bir mövzuya çevrilib. 2024-2025-ci illərin statistikasına nəzər saldıqda görürük ki, əgər 2026-cı ildə ailələrə birbaşa maddi dəstək mexanizmləri yenidən baxılmazsa, bizi ciddi demoqrafik suallar gözləyə bilər.

Bunu ELAZ.İNFO-ya açıqlamasında Milli Cəbhə Partiyasının Salyan təşkilat sədri Ruslan məmmədov deyib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə doğum göstəricilərində tədricən azalma meyli müşahidə olunur: 2010-cu illərin əvvəli: İllik doğum sayı təxminən 170,000 civarında idi. 2024-2025-ci illər: Bu rəqəm 110,000 həddinə enib. Əgər bu temp davam edərsə, 2026-cı ildən sonra “əhalinin yaşlanması” prosesi sürətlənə bilər. Bu isə gələcəkdə işçi qüvvəsinin və ordu potensialının azalması deməkdir. Cəmiyyətin böyük bir hissəsi hesab edir ki, 2026-cı ildə uşaq pulunun bərpası doğum sayını artıran ən böyük stimul ola bilər. Artan inflyasiya və yaşayış xərcləri fonunda, ailələr ikinci və ya üçüncü uşaq barəsində qərar verərkən tərəddüd edirlər. Maddi dəstək bu tərəddüdü aradan qaldıran əsas vasitədir. Əgər ailələrə yönəlik aylıq dəstək paketləri tətbiq olunmazsa, gənc ailələrin “tək övlad” modelinə keçidi sürətlənəcək ki, bu da demoqrafik piramidanın daralmasına gətirib çıxaracaq. Bu fkləri Milli Məclisin dehuitatı Razi Nurullayev Milli Məclisdə dəfələrlə gündəmə gətirməklə yanaşı, çox uşaqlı ailə anlayışının beş uşaqdan üç uşağa endirilməsini də təklif və tələbini irərəli sürməsinə baxmayaraq, hələ ki, bir sevindirici nəticə əldə olunmayıb. 2026-cı ildə maddi dəstək (uşaq pulu) ilə mənəvi rahatlıq (gələcəyə inam) bir araya gələrsə, Azərbaycanın demoqrafik yüksəlişi yeni nəfəs qazanacaqdır.

İlahə BAYANDIR

Bizi izləyin və paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights