Rumıniyada PUA yaşayış binasına çırpılıb: yaralılar var

Rumıniyanın şərqində yerləşən Qalats şəhərində pilotsuz uçuş aparatı (PUA) çoxmərtəbəli yaşayış binasına çırpılıb.

ELAZ.INFO xəbər verir ki, PUA-nın binaya çırpılması zamanı güclü partlayış baş verib. Hadisə nəticəsində mənzillərdən birində yanğın alovlanıb. Hadisə yerinə dərhal xilasedicilər və yanğınsöndürənlər cəlb olunub, sonradan yanğını tamamilə söndürmək mümkün olub.

İlkin məlumatlara əsasən, mənzildə baş verən yanğın və partlayış dalğası nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təhlükəsizlik tədbirləri çərçivəsində binadan təxminən 70 sakin təcili olaraq təxliyə edilib. Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Rumıniyanın şimal-qərbində daxilində partlayıcı yükü olmayan daha bir fərqli pilotsuz uçuş aparatının aşkar edildiyi barədə məlumat yaymışdı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın