Nəqliyyat infrastrukturunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qəzalar zamanı ziyanın minimuma endirilməsi istiqamətində mühüm texnoloji yenilik baş verib. Rusiyanın Tver Dövlət Texniki Universitetinin alimləri, toqquşmalar və qəzalar zamanı həm nəqliyyat vasitələrini, həm də sənaye tikililərini qorumaq üçün unikal əks-zərbə bufer qurğusu icad ediblər.
ELAZ.İNFO xəbər verir ki, ali təhsil müəssisəsinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, bu yeni mexanizm zərbə yüklərini özünə hopdurmaq (absorbsiya etmək) qabiliyyətinə malikdir. Qurğu asanlıqla montaj olunur və nəqliyyat, eləcə də sənaye infrastrukturu obyektlərində əlavə təhlükəsizlik pilləsi kimi tətbiq edilə bilər Yeni ixtira rəsmi olaraq patentləşdirilib və onun strukturu elastik şəbəkəli əsas üzərində bərkidilmiş yarımkürə formalı dempfer (zərbəazaldan) elementlərdən ibarət olan çevik polimer-kompozit konstruksiyadır. Texnologiyanın əsas texniki xüsusiyyətləri xəbər saytımızın oxucuları üçün olduqca maraqlıdır:
Qurğu çevik altlıq və dempfer elementlərindən ibarətdir. Altlıq polimer-kompozit şəbəkədən toxunmuş elastik karkas rolunu oynayır. Bu şəbəkənin hər bir yuvasında dairəvi kəsiyi (pazu) olan yarımkürə formalı xüsusi qoruyucu elementlər yerləşdirilib. Alimlərin bildirdiyinə görə, bu konstruksiya zərbə müdafiəsini gücləndirmək üçün elementlərin üst-üstə çoxlaylı şəkildə düzülməsinə imkan verir. Qurğu yüksək texnoloji quraşdırılma və bərpa xüsusiyyətlərinə malikdir, bu da qəzadan sonra onun zədələnmiş hissələrinin operativ şəkildə təmirini təmin edir. Bu bufer cihazı toqquşma anında zərbə dalğasının gücünə qarşı müqaviməti kəskin artırır, nəticədə həm avtomobillərin, həm də strateji binaların dağılma və zədələnmə dərəcəsini əhəmiyyətli dərəcədə aşağı salır.
Ruslan MƏMMƏDOV
