-Kimdir Seyyidliyin məhvinin sifarişçiləri?-DNK analizləri: məqsəd və hədəflər

Son zamanlar Azərbaycanda seyyid soylarının “araşdırılması” istiqamətində müəyyən sistemli fəaliyyətlərin şahidi oluruq. Hətta ölkəmizdə bəzi tarixçi araşdırmaçılar və xarici mərkəzlər seyyidlərin genetik kökünü müəyyən etmək üçün DNK analizləri keçirərək güya “Azərbaycanda seyyid yoxdur” kimi nəticəni ictimaiyyətə təqdim edir.

ELAZ.İNFO Vüqar Dadaşovun şərhini təqdim edir…Seyyidlik anlayışının genetik müstəvidə mübahisələndirilməsinin təkcə elmi məsələ deyil, daha geniş ideoloji və siyasi-strateji layihə kimi gündəmə gətirildiyi şübhəsizdir. Bu qənaətimi isə əsasən iki aspekt üzrə əsaslandırmağa çalışacağam.

Birincisi, İslam dünyasında Peyğəmbər nəslinə və imam soyuna bağlılıq xüsusi dini-mənəvi əhəmiyyət daşıyır. Lakin seyyid anlayışına ən güclü, ən dayanıqlı və ən səmimi münasibət bütün İslam coğrafiyasında məhz İran və Azərbaycanda qorunub saxlanılır. Baxmayaraq ki, İran teokratik rejimi dindən ancaq siyasi məqsədləri üçün parçalayıcı formada istifadə edir.

Bu gün ABŞ-İsrail-İran qarşıdurmasının son dərəcə gərgin mərhələyə daxil olduğu bir dövrdə seyyidlərin genetik köklərinin araşdırılması təsadüfi ola bilməz. Məlumdur ki, həm Cənubi Azərbaycan, həm də Azərbaycan Respublikası tarix boyu regionun siyasi və dini xəritəsinin formalaşmasında ən mühüm rol oynayıb.

Azərbaycanda seyyidlik anlayışı təkcə dini status yox, əsrlər boyu xalqın mənəvi yaddaşına, milli düşüncəsinə və psixoloji kimliyinə təsir edən amillərdən biri kimi formalaşıb. Bu baxımdan son dövrlərdə aparılan genetik araşdırmalar və onların nəticələri cəmiyyətdə ciddi maraq və narahatlıq doğurur.

Analizlər gəldikdə isə, DNK testlərini ABŞ-ın “FamilyTreeDNA” şirkəti aparır və analizlərində Azərbaycandakı seyyid ailələrinin genetik baxımdan klassik ərəb-semit xəttinə aid olmadığı ilə bağlı nəticələr ortaya qoyur.

Burada diqqət çəkən mühüm məqam isə həmin şirkətin qurucularıdır. FamilyTreeDNA şirkətinin əsas qurucuları olan Bennett Greenspan və Max Blankfeldin yəhudi mənşəli olmalarıdır. Xüsusilə Bennett Greenspan ABŞ-da yəhudi icması və yəhudi genealogiyası layihələri ilə bağlı fəaliyyəti ilə tanınır. FamilyTreeDNA-nın ilk böyük layihələrindən biri də məhz yəhudi soy araşdırmaları olmuşdur.

Sonrakı mərhələdə isə şirkət Avstraliyanın MYDNA daha dəqiqi yəhudilər Les Sheffield və Allan Sheffield tərəfindən alınır və hazırda FamilyTreeDNA həmin struktur daxilində fəaliyyət göstərir və indiki rəhbəri də CEO-su yəhudi Lior Rauchbergerdir. Ciddi dairələr isə şirkətin fəaliyyətinin yalnız elmi yox, həm də geosiyasi prizmadan polittexnoloji mərkəz hesab edir.

Yaxın Şərqdə gedən proseslərlə digər “elmi informasiya”ya birlikdə baxdıqda, maraqlı mənzərə ortaya çıxır. İslam dünyasının ən müqəddəs məkanlarının yerləşdiyi ərəb coğrafiyasında son illərdə İsrail ilə münasibətlərin normallaşdırılması, əsasən də BƏƏ–İsrail münasibətləri ilə müqəddəs Kəbə ətrafında şübhələr İslam dünyasında əsaslı suallar doğurur.

İkincisi, ortada metodoloji saxtakarlıq və ideoloji manipulyasiya var. Seyyidlik xəttinin 1400 illik tarixində nikahlar nəticəsində genetik dəyişikliklərin baş verməsi tamamilə təbii bioloji prosesdir. İslam düşmənləri isə bu reallığı təhrif edərək cəmiyyətin mənəvi dayaqlarını sarsıtmağa çalışırlar və hədəfi region xalqlarının daxili iyerarxiyasını darmadağın etməkdir. Gərgin geosiyasi şəraitdə bu ssenarilər daxili auditoriyada psixoloji xaos yaratmaq üçün “yumşaq güc” kimi mərhələli şəkildə istifadə olunur. İnsanlara öz kimliyini xarici laboratoriya testləri ilə diktə etmək cəhdi “elmi” işğalçılıqdır. Üstəlik, genetik məlumatlarımızın kütləvi şəkildə kənara ötürülməsi ciddi sosial və milli təhlükəsizlik riskidir.

Ən vacib məsələ isə xalqın öz tarixi yaddaşını, mənəvi kimliyini və dini dəyərlərini qoruyub saxlamasıdır. Texnologiyalar inkişaf edə bilər, müxtəlif şirkətlər fərqli analizlər təqdim edə bilər, lakin insanların öz kökünə, inancına və milli-mənəvi dəyərlərinə münasibəti hər zaman əsas faktor olaraq qalacaq.

Bu gün əsas məsələ insanların özünü kim hesab etməsi, hansı mənəvi dəyərlərə bağlı olması və öz tarixi yaddaşını necə qorumasıdır.

Cəmiyyət olaraq anlamalıyıq ki, heç bir xarici mərkəzlərin “testi” minillik tariximizi, inancımızı və mənəvi kimliyimizi təftiş edə bilməz. Genetik məlumatlarımızın milli təhlükəsizlik predmeti olduğunu qəbul etməli, vətəndaşlarımızın bioloji və genetik məlumatlarının xaricə nəzarətsiz axını hüquqi müstəvidə məhdudlaşdırılmalıdır.

Vüqar Dadaşov

Bizi izləyin və paylaşın