Yük Qatarı Relsdən Çıxdı – ərazi alov içində

26.10.2026

Rusiyanın Sverdlovsk vilayətində dəmir yolunda ciddi qəza baş verib. Yük qatarının vaqonlarının relsdən çıxması nəticəsində ərazidə güclü yanğın alovlanıb.

ELAZ.INFO xəbər verir ki, hadisə Sverdlovsk dəmir yolunun Reşetı–Aramil hissəsində, yerli vaxtla gecə saatlarında qeydə alınıb. Vaqonların relsdən çıxması qonşu xəttin də hərəkət qabaritini pozub və nəticədə həmin marşrut üzrə qatarların gediş-gəlişi tamamilə dayandırılıb.

Xoşbəxtlikdən xəsarət alan yoxdur. Qəza baş verən əraziyə dərhal xüsusi yanğınsöndürmə və bərpaedici qatarlar cəlb olunub. Dəmir yolu idarəsindən bildirilib ki, həmin marşrut üzrə sərnişin qatarlarının hərəkəti nəzərdə tutulmadığı üçün mülki şəxslər üçün hər hansı təhlükə və ya gecikmə yaranmayıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 320