Braziliyada Seçki Həyəcanı Sona Çatdı: Lula da Silva Yenidən Prezident Seçildi

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turu ölkənin siyasi tarixində yeni bir səhifə açdı. Gərgin keçən səsvermə marafonunun qalibi mövcud dövlət başçısı, Solçu İşçilər Partiyasının lideri Luis Inasio Lula da Silva oldu.
ELAZ.INFO xəbər verir ki, Braziliya Ali Seçki Məhkəməsinin bülletenlərin 97,69 faizini emal etdikdən sonra açıqladığı rəsmi nəticələrə əsasən, Lula da Silva seçicilərin 51,74 faizinin səsini toplayaraq riyazi olaraq şansını tam təmin edib. Onun sağçı müxalifəti təmsil edən rəqibi, senator Flavio Bolsonaro isə 48,26 faiz səs toplayaraq məğlubiyyətlə barışmalı olub.
Bu qələbə Braziliyanın müasir siyasi tarixində bir ilk kimi qeydə alınıb. Belə ki, Lula da Silva ilk turda geridə qaldıqdan sonra ikinci turda geridönüş edərək prezident seçilən ilk siyasi xadim oldu. 127 milyondan çox vətəndaşın iştirak etdiyi (seçici fəallığı 80,79%) səsvermənin nəticələrinə əsasən, ölkə rəhbərinin rəsmi səlahiyyətlərinin icrasına başlama (inauqurasiya) mərasimi 2027-ci il yanvarın 1-nə planlaşdırılır.
Ruslan MƏMMƏDOV 🖋️




