“El Klasiko”da Fransalı Ulduzun Tarixi Gecəsi

26.10.2026

İspaniya La Liqasının 10-cu turu çərçivəsində bütün futbol dünyasının nəzərlərini üzərinə cəmləyən “El Klasiko” qarşılaşması gözlənilməz dramatik məqamlarla yadda qaldı. Səfərdə “Barselona”nın qonağı olan Madrid “Real”ı prinsipial rəqibi üzərində 2:1 hesablı möhtəşəm qələbə qazanaraq çempionluq yarışında balansları yenidən dəyişdi.

ELAZ.INFO xəbər verir ki, matçın əsas qəhrəmanı Madrid təmsilçisinin fransalı hücumçusu Kilian Mbappe oldu. Qarşılaşmanın 41-ci dəqiqəsində hesabı açan ulduz futbolçu, oyunun sonlarına yaxın – 87-ci dəqiqədə vurduğu ikinci qolla komandasına qələbə gətirən həlledici zərbəni vurdu. “Barselona”nın heyətində isə 61-ci dəqiqədə Rafiniya fərqlənsə də, bu qol kataloniyalıları məğlubiyyətdən xilas etməyə kikayət etmədi. “Real”ın əsas qapıçısı Tibo Kurtua qrip infeksiyası səbəbindən bu vacib matçda iştirak edə bilməyib.

Bu qarşılaşma həm də bir neçə mühüm rekord və statistika ilə yadda qaldı. Мбаппе Madrid klubu heyətində vurduğu qolların sayını 100-ə çatdıraraq komandanın tarixində bu göstəriciyə nail olan 24-cü futbolçu kimi adını salnamələrə yazdırdı. Eyni zamanda, mövsümün başlanğıcından bəri ardıcıl 9 oyunda qələbə qazanan “Barselona”nın bu möhtəşəm seriyası məhz bu məğlubiyyətlə qırıldı.

Məğlubiyyətə baxmayaraq, “Barselona” 27 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. Xallarını 24-ə çatdıran “Real” isə çempionluq mübarizəsindəki iddiasını daha da gücləndirərək 3-cü sıradakı yerini möhkəmləndirib.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 210