Mükafatıa Görə Norveçi Sərt Tənqid Etdi: “Səkkiz Münaqişəni Həll Etmişəm”

ABŞ Prezidenti Donald Tramp Sülh üzrə Nobeľ mükafatının ona verilməməsindən növbəti dəfə narazılığını ifadə edərək Norveç ünvanına kəskin bəyanatlarla çıxış edib.
ELAZ.INFO xəbər verir ki, Miçiqan ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edən ABŞ lideri səkkiz münaqişəni uğurla nizama saldığını, daha ikisinin isə həlli ərəfəsində olduğunu iddia edib. Tramp Beynəlxalq Sülh Mükafatına tam layiq olduğunu vurğulayaraq, Norveç Nobeľ Komitəsinin qərarını sərt dildə tənqid edib və bu ölkə ilə hər hansı təmasda olmaq istəmədiyini bildirib.
Xatırladaq ki, Norveç Nobeľ Komitəsinin qərarına əsasən, 2026-cı il Sülh mükafatı beynəlxalq hüququn və sülhün möhkəmləndirilməsindəki xidmətlərinə görə BMT-nin İnsan Hüquqları üzrə keçmiş ali komissarı, cənubiafrikalı hüquq müdafiəçisi Navanethem Pilleylə təqdim edilib.
Ruslan MƏMMƏDOV 🖋️




