Kimi Antonelli ABŞ Qran-prisinin Qalibi Oldu

26.10.2026

“Formula-1” üzrə 2026-cı il dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran-prisi İtaliya avtosportunun gənc ulduzu Kimi Antonellinin parlaq qələbəsi ilə yekunlaşdı. Texas ştatının Остин şəhərində yerləşən məşhur “Amerika Trassası”nda baş tutan yarış gərgin anları və yüksək sürəti ilə azarkeşlərə həyəcanlı anlar yaşatdı.

ELAZ.INFO xəbər verir ki, “Mercedes” komandasının gənc pilotu Kimi Antonelli bütün rəqiblərini geridə qoyaraq finiş xəttini birinci sırada keçməyi bacardı. Mübarizəli keçən yarışda ikinci yeri “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler tutduğu halda, fəxri kürsünün üçüncü pilləsinə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen sahib çıxdı.

Bu möhtəşəm zəfərdən sonra Antonelli pilotların şəxsi hesabında 365 xalla liderliyini daha da möhkəmləndirdi. İtalyan sürücü karyerasının ilk dünya çempionluğu titulunu rəsmiləşdirməyə cəmi iki xal məsafədədir. Turnir cədvəlində onun ən yaxın izləyicisi 242 xalla “Mercedes”dəki komanda yoldaşı, böyük britaniyalı Corc Rasselldir.

Mühəndislər kubokunda da üstünlük tam olaraq “Mercedes”in tərəfindədir. 607 xalla birinci pillədə qərarlaşan komandanı 474 xalla “Ferrari”, həmçinin hərəyə 355 xalı olan “Red Bull” və “McLaren” komandaları izləyir. Dünya çempionatının növbəti – 19-cu mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 70