Bəstəkar Pyotr Starçik 88 Yaşında Vəfat Edib

26.10.2026

Musiqi dünyası və müəllif mahnısı janrının sadiq azarkeşləri ağır itki ilə üzləşib. Tanınmış sovet və rus bardı, bəstəkar Pyotr Starçik 88 yaşında dünyasını dəyişib.

ELAZ.INFO xəbər verir ki, sənətkarın vəfatı ilə bağlı məlumatı onun yaxın ətrafı təsdiqləyib. Zəngin yaradıcılıq yolu keçən sənətkar geridə böyük bir musiqi irsi qoyub gedib.

1938-ci il avqustun 8-də anadan olan Pyotr Starçik uzunillik yaradıcılıq fəaliyyəti dövründə rus və dünya klassik poeziyasının incilərinə müraciət edərək 2 minə yaxın mahnı bəstələyib. Onun Marina Svetayeva, Osip Mandelştam, Maksimilian Voloşin və Varlam Şalamov kimi görkəmli şairlərin sözlərinə bəstələdiyi əsərlər dinləyicilərin qəlbində dərin iz buraxıb. Sənətkarın “Sevdiklərinizdən ayrılmayın” və “Mən şəhərimə qayıtdım” kimi məşhur kompozisiyaları müəllif mahnısı janrının ən dəyərli nümunələri sırasındadır.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 170
Teqlər: